330x110
 

Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib

21.02.2020,10:39


21 fevral, Fineko/abc.az. Rusiyanın Baş Naziri Mixail Mişustin Ruslan Mirsayapovun bu ölkənin Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri təyin olunması barədə Sərəncam imzalayıb.

Xəbər verilir ki, R.Mirsayapovun xarici ticarət əlaqələri sahəsində 20 illik təcrübəsi var. O, 2017-ci ildən Başqırdıstan Respublikası Xarici-İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib. Yeni vəzifəsində o, Rusiya müəssislərinin Azərbaycana ixracı məsələləri ilə məşğul olacaq.

© Azertag.az