330x110
 

Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək - Siyahı

25.02.2020,12:23


25 fevral, Fineko/abc.az. Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ -a bildirilib ki, müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Qeyd edək ki, sabah Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəzi küçələr bağlanacaq.

Müəllif: Elmir Murad