Qazaxıstan Azərbaycana uçuşları məhdudlaşdırır – Bu gündən

12:16 - 2.03.2020


2 mart, Fineko/abc.az. Qazaxıstan koronavirusun yayıldığı ölkələrə aviareyslərin sayını azaldacaq.

ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı üzrə nazir müavini Berik Kamaliyev bildirib. Məhdudlaşdırılmaya əsasən,  martın 5-dən etibarən adıçəkilən ölkə matrın 5-dən etibarən Nur–Sultan-Bakı aviareysini dayandırır. Almatı–Bakı istiqamətindəki uçuşlar həftədə 5 dəfədən bir dəfəyə, Aktau–Bakı aviareysi isə 7 reysdən bir reysədək azaldılacaq.

Nazir müavini bildirib ki, qeyd olunan reyslərə biletləri olan sərnişinlər martın 1-dən ödənişləri cərimə sanksiyaları olmadan və tam həcmdə geri  ala biləcəklər.

 

Bütün xəbərlər