Neft Fondundan dövlət büdcəsinə olan transfertin həcmi açıqlanıb - Proqnozu üstələyib

18:22 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Dövlət Neft Fondundan dövlət büdcəsinə 4631,0 mln. manat  vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1793,5 mln. manat və ya 1,6 dəfə çoxdur.

ABC.AZ xəbər verir ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsində 2556,1 mln. manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 mln. manat profisitdən 2022,7 mln. manat çoxdur.

Bununla yanaşı 2020-ci ilin 1-ci rübündə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln. manat profisit yaranıb.

Bütün xəbərlər