Ödəniş alacaq sahibkarlıq subyektləri və çalışanların sayı hazırdır - Millət vəkili

10:11 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan hökumətin koronavirus pandemiyası böhranı ilə mübarizə üçün təsdiqlədiyi Tədbirlər Planının detalları açıqlanıb.

Buna baxmayaraq sözügedən tədbirlərin detallarınə hamı tam anlamayıb və haqlı olaraq bir sıra suallar ortaya çıxıb. Onlardan ən vacibi də hökumətin ayırdığı maddi yardımı almaq üçün çalışanların nə etməli olduğu ilə bağlıdır.

Sözügedən məsələni ABC.AZ-a şərh edən millət vəkili Vüqar Bayramov qeyd edib ki, artıq sahibkarlıq subyektlərinin siyahısı hazırdır və ona uyğun olaraq həmin sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin sayı müəyyənləşib.

V.Bayramov məsələni hamının anlaması üçün belə izah etdi: "Yəni burada yardım birbaşa işçilərin əmək haqqı fonduna uyğun olaraq   sahibkarlıq subyektlərinə ödənəcək və onların əmək haqqı fondunun yarısının dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulub. Ödənişlər sahibkarların birbaşa bank hesablarına ediləcək. Daha sonra isə sahibkarlıq subyekti vəsaiti öz həmin əmək haqqı formasında öz işçisinə ödəyəcək. Yəni burada məqsəd dövlət sahibkarlıq subyektinə və işçilərə dəstək verməkdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər