330x110
 

İnterneti olmayan işsizlər rayon Məşğulluq Xidmətinə zəng etsin - Nazirdən yeni açıqlama

07.04.2020,18:30


7 aprel, Fineko/abc.az.  İşsizliklə bağlı müavinətlərin verilməsi üçün müraciətlərin sayı sürətlə artır.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

  Nazir qeyd edib ki, bir sutka ərzində 10 minlərlə müraciət göndərilib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyətinin də buna haqqı yox idi:  "Biz artıq müraciətlərin asanlaşdırılması üçün bir neçə addım atmışıq. İnterneti olmayanlar rayon Məşğulluq Xidmətinə zəng edərək şəxsiyyət vəsiqələrinin FİN kodunu təqdim edə bilər. İşsizliklə bağlı birdəfəlik ödəmə bütün işsizlərə verilməyəcək. Özü və ya həyat yoldaşı dövlətdən hər hansı formada sosial ödəniş alırsa, onlara birdəfəlik müavinət verilməyəcək. İnsanlar fikirləşməsin ki, qoy müraciət edim, bəlkə keçər. Belə olmayacaq, bütün ödənişlər elektron bazada var və hər bir müraciətə baxılanda bunlar aşkar olunur”.

 

 Müəllif: Elmir Murad