Azərbaycanın xam neft ixracı azalıb - Dövlət Komitəsi

15:31 - 15.04.2020


15 aprel, Fineko/abc.az. 2020-ci ilin ilk 3 ayı ərzində neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycana 3 milyard 777 milyon dollar valyuta daxil olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu məbləğin 3 milyard 522 milyon dolları xam neft ixracının payına düşüb.

Bu valyutanın qarşılığında 7 milyon 576 min ton xam neft satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə Azərbaycandan 3 milyard 534 milyon dollar məbləğində 7 milyard 697 milyon ton xam neft ixrac olunmuşdu.

Bu isə onu göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il Azərbaycana daxil olan valyuta xam neft üzrə 0,3% azalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər