Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı olacaq

20:43 - 18.04.2020


18 aprel, Fineko/abc.az.    Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Bu barədə ABC.AZ-a Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, ölkədə xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadıldığından Azərbaycan və Gürcüstan sərhədi də 2020-ci il 4 may saat 00.00-dək bağlı saxlanılacaq.

Bütün xəbərlər