Neft bahalanmağa davam edir, Brent bir barelə $24-a ticarət edilir

10:00 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bir sıra ölkələrdə karantinin zəifləməsi və enerji daşıyıcılarına tələbatın bərpası ilə bağlı optimizm səbəbindən cümə axşamı günü ticarətdə artmaqda davam edir.

Saat 9:10-da London ICE Futures birjasında Brent-in iyun ayına olan fyuçers qiyməti $2,15 (9,54%) yüksələrək bir barelə $24,69 təşkil edib.

Aprelin 29-da ICE Futures birjasında keçirilən hərracların nəticələrinə görə, Brent-in iyun ayına olan fyuçers qiyməti $2,08 (10,17%) bahalaşaraq bir barelə $22,54 təşkil edib.

Saat 9:10-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI neftinin iyun ayı üçün fyuçers qiyməti 2,16 (14,34%) yüksələrək bir barelə $17,22 təşkil edib.

Aprelin 29-da Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə WTI neftinin iyun ayı üçün fyuçers qiyməti $2,72 (22,04%) yüksələrək bir barelə $15,06 təşkil edib.

 

Bütün xəbərlər