“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı fevralda baş tutacaq

15:48 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının tarixi müəyyənləşib.

Energetika Nazirliyinin məlumatında xəbər verilir ki, toplantı fevralın 15-də keçiriləcək.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir”, - məlumatda belə deyilir.

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da,  üçüncü toplantı isə keçən il fevralın 23-də keçirilib.

 

Bütün xəbərlər