İpoteka kreditləri restruktizasiya olunacaq - Mərkəzi Bank rəsmisi

14:21 - 4.05.2020


4 may, Fineko/abc.az. Pandemiya dövründə banklar tərəfindən ediləcək güzəştlərin detalları açıqlanıb.

ABC.AZ xəbər verir ki, İctimai TV-nin "Diqqət Mərkəzi -Yekun" proqramına qonaq olan Mərkəzi Bankın hüquqşünası Tural Feyzullayev güzəştlər barədə qeyd edib ki, həm ipoteka, həm də istehlak kreditlərinə güzəştlər olunacaq.

Mərkəzi Bank nümayəndəsi güzəştlərin detallarını belə izah edib: "İpoteka kreditinə güzəşt ondan ibarətdir ki, vətəndaş əgər kreditini gecikdirirsə, ödəyə bilmirsə, bu zaman İpoteka və Kredit Zəmanəti Fondunun razılığı ilə onun  restruktizasiyası mümkündür. Həmin kreditlər restruktizasiya olduğu halda bankın portfelində həmin kredit pisləşdirilmir. Amma istehlak kreditlərində bir başqa formada güzəştlər var. Bu ipotekaya ait olmayan hissələrdir. Misal üçün adi istehlak kreditlərində əgər vətəndaş 1 mart tarixinə qədər normal kreditin ödəyirdisə və indi ödəyə bilmir, gecikdirirsə, bununla bağlı Kredit Bürosuna məlumatlar göndərilir və onun kredit tarixçəsi pisləşdirilmir. Həm də banklar tərəfindən onlara hansısa cərimələrin hesablanmaması ilə bağlı tövsiyələr olur".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər