330x110
 

Qanunsuz evləri satan şəxs həbs olundu - Baş Prokurorluq məlumat yayıb

13.05.2020,15:12


13 may, Fineko/abc.az. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satan şəxs Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq rəsmi sənədlərə bil-bilə yalan məlumatlar daxil edib və 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.