Azərsu yeni inzibati binalarını istifadəyə verib

12:33 - 5.06.2020


5 iyun, Fineko/abc.az. 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində “Şəki Sukanal” TSC, Tərtər və Daşkəsən sukanal sahələri üçün inşa edilmiş yeni inzibati binalar istifadəyə verilib.

Bu barədə ABC.AZ-a “Azərsu” ASC-dən məlumat verilib.

Şəki şəhərində ümumi sahəsi 630 kvadratmetr, Tərtər şəhərində 210 kvadratmetr, Daşkəsən şəhərində isə 180 kvadratmetr olan müasir tipli inzibati binalar tikilib. Yeni inzibati binalarda müştərilərin qəbulu, ödəmələrin aparılması üçün hər cür şərait yaradılıb.

Qeyd olunur ki, artıq 17 şəhərdə yeni inzibati binalar tikilərək istifadə verilib, Qazax şəhərində isə inzibati binanın tikintisi cari ilin sonuna qədər başa çatdırlıacaq.

 

Bütün xəbərlər