2017-ci ildə ARDNŞ-nin dövlət büdcəsinə etdiyi ödənişlər 8,3% artıb

12:45 - 18.01.2018


18 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2017-ci ildə dövlət büdcəsinə 1,511 milyard manat (1 511 033 min manat) ödəniş edib.

ARDNŞ-nin məlumatında deyildiyi kimi, 2016-cı il ərzində edilən ödənişlərlə müqayisədə, bu göstərici  8,3% artıb.

2016-cı ildə Dövlət Neft Şirkəti dövlət büdcəsinə 1,395 milyard manat (1 395 456 min manat) ödəniş etmişdir.

 

Bütün xəbərlər