Telekanallara 7 milyon manatdan çox pul ayrılıb – Serial çəkilişi üçün

11:55 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Azərbaycanda televiziya kanallarının serial istehsalına sərf etdiyi məbləğ açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib.

Qeyd olunub ki, 2019-cu il ərzində prodüsser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub.

Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu dövlətdən və kommersiya strukturlarından dotasiya almayan 3 özəl telekanal tərəfindən cəlb olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər