330x110
 

Həftəsonları ictimai nəqliyyat işləməyəcək - İyulun 4-dən

02.07.2020,20:22


2 iyul , Fineko/abc.az. Xəbər verdiyimiz xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək, 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

ABC.AZ-ın məlumatına görə, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Müəllif: Elmir Murad