330x110
 

İcazəsi ləğv olunanlara belə kömək ediləcək – Detallar

06.07.2020,10:21


6 iyul, Fineko/abc.az. Bəzi şəxslərin iyulun 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub. İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar icazə verilən sahələrə aid olmayan fiziki şəxslər, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələbləri pozan şəxslərdir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyinə müraciət üçün elektron müraciət formasından və ya "195-2" çağrı mərkəzindən istifadə edə bilərsiz.