Azərbaycan neft hasilatını 1 milyon ton azaldıb – 6 ayda

10:36 - 9.07.2020


9 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 17,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 milyon ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib.

Birinci yarımildə 14,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-iyun aylarına nisbətən, təxminən, 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər