Palata yoxlama keçirdi - "Qaçqınkomda" ciddi pozuntular aşkarlandı

15:12 - 10.07.2020


10 iyul, Fineko/abc.az. Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb.

ABC.AZ-ın Palatanın saytına istinadən verdiyi xəbərə görə, audit nəticəsində müəyyən edilib ki, malların (işlərin və xidmətlərin) satınalınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edilib.

Həmçinin 9,3 min manat məbləğin xərc paraqrafları, 35,5 min manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı "Azərsu" ASC tərəfindən həyata keçirildiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürülüb.

 

Bütün xəbərlər