Azərbaycan iqtisadiyyatı kiçilib ya böyüyüb? – 6 ayın nəticəsi

16:32 - 15.07.2020


15 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7% azdır.

6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər