Dövlət büdcəsinin xərcləri artıb - 6 ayın hesabatı

17:07 - 15.07.2020


15  iyul, Fineko/abc.az.  Bu ilin yanvar-iyun ayları üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri bəlli olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bəhs olunan dövrdə büdcə gəlirləri 12 022,7 mln. manat, xərcləri isə 11 730,8 mln. manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk yarısına nisbətdə dövlət büdcəsinin gəlirləri 15,5%, xərcləri isə 7,1% artıb. Hesabat dövründə dövlət büdcəsində 291,9 mln. manatlıq profisit yaranıb. Halbuki ötən ilin yanvar-iyun aylarında dövlət büdcəsində 545,5 mln. manatlıq kəsir yaranmışdı.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər