330x110
 

Səfərbərlik Xidmətində təqribi 4000-ə yaxın vətəndaş qeydə alınıb – Arzu Rəhimov

16.07.2020,15:33


16 iyul, Fineko/abc.az. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Prezidentin çıxışından sonra təqribi 4000-ə yaxın vətəndaş qeydə alındığını qeyd edib.

O bildirib ki, proses bu gün də davam etdirilir.

ABC.AZ xəbər verir ki, A. Rəhimov bunu brifinqdə deyib: "Hər hansı səfərbərlik olduqda hərbi hissələrdən daxil olmuş sifarişlər əsasında onlar hazırlanaraq toplanış məntəqələrindən hərbi hissələrə göndərilir. Hərbi hissələr bu gün sülh üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün xidmət tərəfindən bütün tədbirlər görülüb. Əgər zərurət yaranarsa bu tədbirlər həyata keçirilə bilər".