330x110
 

Avropa İnvestisiya Bankı Azərbaycanın layihəsinə kredit ayırdı – 270 milyon dollar

28.07.2020,16:22


28 iyul, Fineko/abc.az. Avropa İnvestisiya Bankı TANAP layihəsinə kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı nüfuzlu bankdan bildiriblər. Qeyd olunub ki, sözügedən kredit birbaşa yox, dolayı formada ayrılıb.

Belə ki, 270 milyon dollar olan krediti məşhur bank Türkiyənin “Botaş” şirkətinə ayırıb. Kreditin vaxtına gəlincə isə, məbləğ ümumilikdə 18 illik müddətə, 5 illik əsas vəsaitin geri qaytarılmaması şərti ilə verilib.

Müəllif: Elmir Murad