Neft bahalanır, Brent bir barelə $44,67 səviyyəsindədir

10:17 - 12.08.2020


12 avqust, Fineko/abc.az. ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı ABŞ Neft İnstitutunun məlumatları fonunda etalon markaların qiymətləri çərşənbə günü artır.

Amerika Neft İnstitutunun məlumatına görə, avqustun 7-də başa çatan həftə ərzində ABŞ-da neft ehtiyatları 4,4 mln. barrel azalıb. Kuşinq terminalında neft ehtiyatları 1,1 mln. barrel artıb.

Saat 9:15-də Londonun ICE Futures birjasında Brentin fyuçers qiyməti 0,17 (0,38%) – barrel başına $44,67-dək artıb. Avqustun 11-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan neft fyuçersinin dəyəri $0,49 (1,1%) - barrel başına $44,50-ə düşüb.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,10 (0,24%) – bir barel üçün $41,71 qədər artıb. Avqustun 11-də ticarətin nəticələrinə görə, sentyabr ayına olan neftə fyuçers $0,33 (0,8%) - bir barel üçün $41,61 qədər düşüb.

ABŞ Enerji Nazirliyinin (EIA) aylıq hesabatında deyilir ki, 2020 - ci ilin ikinci yarısında Brent markalı neftin qiyməti bir barrel üçün 43, 2021-ci ildə bir barel üçün 50 dollar təşkil edəcək.

Həmçinin, EIA 2020-ci ildə ölkədə neft hasilatının qiymətini 370 min b/s, 11,3 mln. b/s-ə endirib. 2021-ci ilə olan proqnozu 11 mln. b/s-dan 11,1 mln. b/s-ə qədər artırılıb. 2019-cu ildə ABŞ-da orta gündəlik neft hasilatı 12,2 mln. b/s təşkil edib.

 

Bütün xəbərlər