Mikayıl Cabbarov nazirlikdə yeni kadr təyinatları edib

16:49 - 13.08.2020


13 avqust, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, Allahverdi Paşayev 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.

O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

 

Bütün xəbərlər