Gürcüstanın Azərbaycana borcu açıqlandı

16:55 - 13.08.2020


13 avqust, Fineko/abc.az. Gürcüstanın Azərbaycana olan borcunun məbləği 6,107 milyon ABŞ dolları təşkil edir.

Bu barədə ABC.AZ Report -un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Avqustun 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici borcu isə 6,5 milyard ABŞ dollara bərabərdir ki, bunun da 6,3 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 11,78 milyon ABŞ dolları, 46,019 milyon ABŞ dolları və 6,326 milyon ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər