Rusiyanın nəhəng neft şirkətləri vergi artımına görə şikayət ediblər

14:29 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Rusiyanın nəhəng neft şirkətlərinin rəhbərləri Maliyyə Nazirliyinin əlavə gəlir vergisini artırmaq təklifi ilə bağlı Prezident Vladimir Putinə şikayət ediblər.

Bu barədə “Kommersant” qəzeti şirkət rəhbərlərinin məktubuna istinadən xəbər yayıb.

Qeyd edilib ki, neft sənayesində effektivliyin qiymətləndirilməsi və  vergi şərtlərində mümkün dəyişikliyin təcrübənin başlanmasından 5 il sonra tətbiq ediləcəyi təxmin edilirdi. Bu rejim isə 2019-cu ildən fəaliyyət göstərir.

Onlar əlavə gəlir vergisini effektiv adlandırıb və bəyan ediblər ki, hazırkı rejimə keçidlə yataqlara əlavə investisiyanın həcmi 110 mlrd rubl təşkil edib. Şirkətlər, həmçinin bildirib ki, beş illik fəaliyyət dövründə ölkə büdcəsi 180 mlrd rubl əlavə gəlir əldə edib. Hesab edilir ki, əlavə gəlir vergisində dəyişiklik nəticəsində 10 il ərzində mənfəət vergisi olan layihələrdə hasilat 340 mln tona qədər, investisiya isə 2,3 mln rubl azalacaq, nəticədə büdcə 2,5 mln rubldan məhrum olacaq.

© Report.az

 

Bütün xəbərlər