Qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərinin siyahısı verilib

15:49 - 31.08.2020


31 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayında  avqust sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərinin  siyahısı verilib.

ABC.AZ xəbər verir ki, siyahıya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” ASC.

 

Bütün xəbərlər