Xırdalan dairəsindəki körpü gecə ilə söküldü – Yenisi tikiləcək

11:24 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Xırdalan dairəsi yaxınlığında yerləşən mövcud dəmir yolu körpüsünün söküntüsü işləri gecə saatlarında aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a verilən məlumata görə, nəticədə körpünün aşırım tirləri tam olaraq demontaj edilərək ərazidən daşınıb.

Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər