Gözlənilən yolda tikinti yekunlaşdı -Yolun uzunluğu 11 kilometrdən çoxdur

12:16 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikinti işləri sona çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur.

Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir.

Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

Aparılan yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yarasız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 p/metr uzunluğunda borular quraşdırılıb, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər