Türkiyədə COVİD 19 peyvəndlərinin vurulmasına başlanılır – İlk tibb işçiləri yararlanacaq

10:43 - 17.09.2020


17 sentyabr, Fineko/abc.az. Bu gün Türkiyədə ilk dəfə koronavirus peyvəndi vurulacaq.

ABC.AZ xəbər verir ki, ilk öncə Çin istehsalı olan peyvəndin yaxın on gündə 1 200 – 1 300 tibb işçisinə vurulması planlaşdırılır.

14 gün sonra isə çıxan nəticələr Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndəriləcək.

Gələcəkdə xronik xəstəliyi olan 13 min nəfərin vaksinləşdirilməsi hədəflənib. Qeyd edək ki, Çin ilə yanaşı, Braziliya, İndoneziya, Banqladeş də daxil olmaqla bir sıra ölkədə 10 min nəfərə bu vaksindən vurulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər