Yeni gömrük qərarı qüvvəyə minir – Dördüncü gündən

16:15 - 21.09.2020


21 sentyabr, Fineko/abc.az. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı sentyabrın 24-dən qüvvəyə minəcək.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan ay ərzində Qaydaların 2.1.4-cü yarımbəndinə əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan güzəştli qaydada gömrük ərazisinə gətirilən mallar üçün nəzərdə tutulmuş güzəştli limit başa çatdığına görə yuxarıda qeyd edilən qərar qüvvəyə mindikdən sonra beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına həmin təqvim ayı ərzində gətirilən mallar ümumi gömrük dəyərindən asılı olmayaraq gömrük ödənişlərinə cəlb olunacaq.

 

Bütün xəbərlər