Rusiyanın bu şirkəti Bakıya uçuşlara başlayır - Həftədə 2 dəfə olacaq

10:27 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

ABC.AZ-ın məlumatına görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər