330x110
 

Şənbə və bazar günü işçiləri işlədənlərlə bağlı açıqlama – İnzibati tədbirlər həyata keçirilir

25.09.2020,12:27


25 sentyabr, Fineko/abc.az. İş rejimi və uçotu ilə tanış olmadan işçilərini şənbə və bazar günləri işlədən müəssisələrin əmək fəaliyyətinin qanunsuz olduğunu demək düzgün deyil.

ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə “Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi” mövzusuna həsr edilmiş canlı bağlantıda deyib.

O qeyd edib ki, bəzi müəssisələr işçilərini şənbə və bazar günləri də işlədirlər: “Amma bu halda işçilərin işlədilməsi rəsmiləşdirilməlidir. Bu məsələ işçilər arasında, eyni zamanda iş vaxtı rejimi və uçotu tənzimlənməlidir. İş vaxtı rejimi və ucotu ilə tanış olmadan onların qanunsuz fəaliyyət göstərdiyini demək düzgün deyil. Təbii ki, bu hallar qanuna uyğun olmadıqda DƏMX tərəfindən inzibati tədbirlər həyata keçirilir”.