330x110
 

Rusiya Azərbaycanda vertolyotların təmiri mərkəzini açacaq – Noyabrda

29.09.2020,12:38


29 sentyabr, Fineko/abc.az. “Rusiya helikopterləri” holdinqi 2020-ci ilin noyabrında Azərbaycanda Rusiya vertolyotlarının təmiri və texniki xidmət mərkəzini açmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, holdinqdən bildiriblər ki, pandemiya əngəl olmasa, mərkəz bu il açılacaq.

Rusiya şirkətindən qeyd olunub ki, problem yaransığı təqdurdə açılışı biraz təxirə salına bilər. "Hər hansı problem yaranarsa açılışı 2021-ci ilin birinci yarısına qədər təxirə salacağıq" deyə holdinqdən bildiriblər.

Qeyd edək ki, Mərkəzin Zabrat hava limanı ərazisində açılacağı bildirilib.

Müəllif: Elmir Murad