Bu qiymətli metalın istehsalı 51 kiloqram artıb – Bir ayın hesabatı

11:28 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Bu ilin avqust ayında qiymətli metal filizləri və konsentratlarının istehsalı 700,5 kiloqram olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qiymətli metal filizləri və konsentratlarının istehsalı iyulla müqayisədə 51,4 kiloqram çox olub.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən 428,2 kiloqram hazır məhsul ehtiyatı var.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər