Nazirlik xəbərdarlıq edir : Diqqət! Növbəti düşmən təxribatı

15:01 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir.

ABC.AZ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-nin məlumatına istinadən xəbər verir ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də videozənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.

Nazirlik  vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. 

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin

 


Bütün xəbərlər