Bakıda metro stansiyalarının sayı 51-ə çatacaq - 20 il ərzində

16:57 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Bakının 2040-cı il üçün Baş Planı hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, Baş Planda bir sıra yeni layihələr öz əksini tapıb.

O cümlədən sözügedən Planda 2040-cı ilədək metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq.

Layihəyə əsasən, 2040-cı ilədək “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər