Azərbaycan əsgərlərinin yanındayam – Məşhur aktyor

17:31 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. “Çoçuklar duymasın” serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan məşhur Türkiyə aktyoru Tamər Qaradağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlama verərək ordumuza, xalqımıza dəstək ifadə edib.

ABC.AZ-ın məlumatına görə, məşhur aktyor “Bir millət, iki dövlət” əbəs yerə demirik deyə qeyd edib.

"Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam. Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi. Dedim ki, məmnuniyyətlə qatılardım, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərimdə səmimiydim. Necə ki, Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edəcəksəm, Azərbaycan torpaqlarını da eyni gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir”.

 

Bütün xəbərlər