Dövlət büdcəsinin gəlirləri açıqlanıb – 9 ayın hesabatı

14:59 - 21.10.2020


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 964,6 milyon manat təşkil edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.

Məlumata görə, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 5 672,6 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 155,6 milyon manat və yaxud 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 63,8 milyon manat və yaxud 1,1% çoxdur. Həmin vəsaitin 74,9%-i və yaxud 4 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 321,1 milyon manat və yaxud 8,2% çoxdur.

 

Bütün xəbərlər