Bu agentlik Azərbaycanla bağlı proqnoz verdi – Reytinqimizi "stabil"dən "mənfi"yə endirib

10:52 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqini "BB+/B" səviyyəsində təsdiqləsə də, reytinq üzrə proqnozu "stabil"dən "mənfi"yə endirib.

ABC.AZ agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, "mənfi" proqnoz Dağlıq Qarabağ münaqişəsinin son vaxtlar əhəmiyyətli dərəcədə dərinləşməsi fonunda Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makro-maliyyə sabitliyi üçün artan riskləri əks etdirir.

"Bundan əlavə, sözügedən proqnoz ölkənin iqtisadi artım perspektivlərinə təsir göstərə biləcəyi və xarici investorların inamını azalda biləcəyi ehtimalını da özündə birləşdirir" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər