330x100
 

Bu qurumun səlahiyyətləri artırıldı – Əli Əsədovdan yeni qərar

28.10.2020,12:06


28 oktyabr, Fineko/abc.az. Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydasına dəyişiklik edilməsi ilə bağlı qərarını imzalayıb.

ABC.AZ xəbər verir ki, qərara əsasən, Dövlət Turizm Agentliyinin (DTA), tabeliyində olan qoruqların əraziləri ilə bağlı səlahiyyətləri artırılıb.

Belə ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqların ərazilərinə münasibətdə bir sıra milli məlumatların yerləşdirilməsi üzrə cavabdeh qurum elə Agentlik olacaq.