330x100
 

Gürcüstan Azərbaycandan bu məhsulların idxalını azaldıb – Siyahı

29.10.2020,15:35


29 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Gürcüstan Milli Statistika İdarəsi yanvar-sentyabr aylarında Azərbaycandan bu ölkəyə ixrac olunan bir sıra malların statistikasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabat dövründə qonşu ölkə Azərbaycandan 9 milyon ABŞ dolları dəyərində 20,4 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib.

Müqayisə üçün qeyd edək ki, bu illik 21,5% az idxal deməkdir.

Azalma bununla bitmir. Belə ki, son 1 ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi gips, anhidrit və gipsli bağlayıcıların həcmi isə 2,5% azalaraq 83,1 min ton təşkil edib.

Müəllif: Elmir Murad