Qubadlının gəzməli yerləri təqdim edilib – Video

14:15 - 5.11.2020


5 noyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi tvitter səhifəsində paylaşım edib.

“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, -deyə Fuad Nağıyev qeyd edib. Çarxda Qubadlının bir çox  gəzməli-görməli yerləri əks etdirilib. Həmin görüntüləri təqdim edirik.

Videonu yükləmək üçün buraya klik edin. 


Bütün xəbərlər