İki yataqdan 549,7 milyon ton neft hasil edilib

15:52 - 19.11.2020


19 noyabr, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən noyabrım 1-i tarixinədək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki,  AÇG-dən 520,1 milyon ton xam neft, “Şahdəniz”dən isə 29,6 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 noyabr tarixinədək 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 174,7 milyard kubmetr, “Şahdəniz”dən isə 131,5 milyard kubmetr qaz hasil edilib.

“Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 noyabr tarixinədək 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.

Ölkədə neft emalı 2020-ci ilin 10 ayında 4,8 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.

 

Bütün xəbərlər