Yerevan səhv məlumatlar verdi - "Fitch Ratings" reytinqini geri çağırdı

11:36 - 24.11.2020


24 noyabr, Fineko/abc.az. "Fitch Ratings" beynəlxalq agentliyi Ermənistanın paytaxtı Yerevanla bağlı açıqlama yayıb.

ABC.AZ-ın məlumatına görə, qurum şəhərin reytinqlərinin qiymətləndirmə prosesində iştirakından imtina etməsi səbəbindən şəhərin "B+" səviyyəsində olan xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini geri çağırıb.

Səbəb kimi reytinqlər qənaətbəxş olmaması və səhv məlumatların verilməsi göstərilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər