On ayda Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr – Siyahı

14:32 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəyə ən çox Rusiyadan məhsul idxal edib.

Bununla yanaşı 10 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 629,3 milyon ABŞ dolları, Türkiyədən 1 milyard 271,9 milyon dollar, Çindən isə 1 milyard 144,4 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər