Gübrə idxalı kəskin azalıb – 10 ayın nəticəsi

16:39 - 26.11.2020


26 noyabr, Fineko/abc.az. 2020-ci ilin 10 ayında ölkəyə gətirilmiş gübrənin miqdarı məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən  xəbər verir ki, sözügedən dövrdə 295,2 min ton gübrə idxal edilib.

Bəhs olunan dövrdə idxal edilən gübrənin dəyəri isə 86,7 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni dövründə 106,8 milyon dollarlıq 310,6 min ton gübrə idxal edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər