Azərbaycan qeyri-neft sektoru üzrə ən çox ixracı bu ölkələrə edib – Siyahı

12:31 - 2.12.2020


2 dekabr, Fineko/abc.az. 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac 162,8 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında qeyd olunub.

2020-ci ilin oktyabr ayında qeyri-neft sektorunda yeyinti məhsullarının  payı 48,8 faiz, qeyri-yeyinti sektoru üzrə isə 51,2 faiz təşkil edib. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7   milyon ABŞ dolları), Türkiyəyə (33,5  milyon ABŞ dolları), İsveçrəyə (10,7   milyon ABŞ dolları), , Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları)  ixrac edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər