Bakıda tibb müəssisələrində zəhərlənmə olub – Detallar

14:27 - 10.12.2020


10 dekabr, Fineko/abc.az. Dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.

TƏBİB-dən ABC.AZ-a daxil olan məlumata görə, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb.

Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib.

Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.

 

Bütün xəbərlər